XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə ölkə birinciliyi başa çatdı
İdman 13:51 / 23.06.2022

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında start götürən Azərbaycan birinciliyi başa çatıb. Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 70 komandanın 369 boksçusu gücünü yoxlayıb.

Boks Mərkəzində təşkil olunan həlledici görüşlərin yekununa əsasən, oğlanlar arasında Hikmət Məmmədov (40 kq), Əli Baxışov (42 kq), Sübhan Babayev (44 kq), Bağır Əmirxanlı (46 kq), Turqay Rəhimli (48 kq), Raul Abdullayev (50 kq), Azad Cavadzadə (52 kq), Ələkbər Əhmədov (54 kq), Rza Rzayev (57 kq), Kənan Aslanlı (60 kq), İsmayıl Vəliyev (63 kq), Polad Rüstəmov (66 kq), Əli Məmişov (70 kq), Ömər Quluzadə (75 kq), Əmir Abbasov (80 kq) və Məhəmməd Cəfərov (90 kq) çempion tituluna sahib olublar. Qız boksçuların yarışında isə Mələk Qasımova (40 kq), Səbinə Nəsirli (44 kq), Banuçiçək Nəsirli (46 kq), Yuliya Doroşenko (48 kq), Mələk Hümmətova (51 kq), Səma Hüseynova (57 kq) və Mədinə Məmmədova (64 kq) qızıl medala yiyələniblər.

Birincilikdə komanda hesabında Sumqayıt 49 xalla birinci yeri tutub. İkinci pillədə Gəncə (41 xal) qərarlaşdığı halda, "üçlüy”ü UGM7 (32 xal) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Əli Baxışov, ən əzmkar idmançı adına Haqverdi Həsənov layiq görülüblər. Nəsrəddin Məmmədov ən yaxşı hakim, Məhəmməd Əliyev (Gəncə) isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


18037 oxunub

InvestAZ