XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Xarici media nümayəndələri Atəşgah və Yanardağda olublar
İdman 18:20 / 11.06.2022

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışların işıqlandırması üçün ölkəmizə səfər edən media nümayəndələri Yanardağ və Atəşgah məbədində olublar.

Məşhur İpək Yolu üzərində salınan və ən erkən tikilisinin 1713-cü ilə aid olduğu "Atəşgah məbədi”nin zamanında zəvvar və atəşpərəstlərin müqəddəs məkanı olduğu və alovun hündürlüyünün 10-15 metrə qədər çatan Yanardağın 2007-ci ildən bəri qorunan tarixi abidələrimiz sırasında yer alması barədə jurnalistlər məlumatlandırılıb. Həmçinin, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri ​ ilə tanış olan xarici media nümayəndələri, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan abidələri qonaqlarda xüsusi maraq yaradıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində ölkəmizə 60-dan çox xarici media nümayəndəsi gəlib. Paytaxtımızda olduqları müddətdə onlara həm şəhərimizin tarixi barədə ətraflı məlumat verilməklə yanaşı, müxtəlif məkanlara da səfərləri təşkil olunub.


27911 oxunub

InvestAZ