XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



İti Emiliano Salanın yolunu gözləyir
Maraqlı 15:42 / 08.02.2019


Uelsin "Kardif Siti” klubuna transfer olunduqdan sonra Britaniyaya uçan təyyarəsi yoxa çıxan Emiliano Salanın iti onun yolunu gözləyir.
Bu barədə onun bacısı "instagram”da yazıb. O, bildirib ki, it Sala üçün çox darıxıb və oturub sahibinin yolunu gözləyir.
Futbolçunun cəsədi isə xeyli və çətin axtarışlardan sonra tapılıb. Böyük Britaniyanın Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarından argentinalı futbolçu Emiliano Salanın cəsədinin tapıldığını və Portlend limanına gətirildiyini barədə məlumatı təsdiq edib.
Qeyd edək ki, "Kardiff Siti”nin yeni transferi Salanı daşıyan təyyarə yanvarın 21-də yoxa çıxmışdı.

28959 oxunub

InvestAZ