XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026



Atıcılıq idmanı qaydalarındakı dəyişikliklər paytaxtımızda sınaqdan keçiriləcək
İdman 13:02 / 19.05.2022
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası Lonatoda keçirilən Dünya Kubokundan sonra stend atıcılığı üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.
Təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir. Xüsusilə, VAR, Heyətlərin Püşkatması və Marker Lenti qaydaları diqqətdədir.
Təklif olunan düzəlişlər Dünya Kubokunun təşkilatçıları ilə razılaşdırıldıqdan sonra Azərbaycanın paytaxtında sınaqdan keçiriləcək. Sınaqların nəticəsindən asılı olaraq, 2024-cü il Paris Olimpiya Oyunları başlamazdan əvvəl müvafiq qaydalara dəyişikliklər edilə bilər.

38728 oxunub

InvestAZ