XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Yusif Bünyatov: “Bu yarış bizim üçün böyük təcrübə olacaq”
İdman 14:35 / 12.05.2022

"Məşqlərimiz yüksək səviyyədə davam edir. Yarışlara gənc heyətlə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İnanıram ki, hər şey yaxşı olacaq”.

Bunu "Olimpiya dünyası” qəzetinə açıqlamasında 22 yaşadək oğlan voleybolçulardan ibarət yığma komandamızın üzvü Yusif Bünyatov deyib.
O, AVRO-2022-nin seçmə mərhələsindəki rəqiblərini dəyərləndirərkən qrup favoritlərinin Niderland və Slovakiya komandaları olduğunu qeyd edib:

"Bu, bizim ilk beynəlxalq yarışımızdır. Qrupda Kosova, Niderland və Slovakiya yığmaları ilə qarşılaşacağıq. Məlum olduğu kimi, Niderland və Slovakiya yığmaları qrupun ən güclü komandalarıdır. Bununla Kosova millisini zəif rəqib adlandırmaq istəmirəm. Onlar ev sahibi kimi, güclü dəstək alacaqlar. Bu da Kosova komandasına əlavə güc verəcək. Amma bununla belə, yaxşı çıxış edəcəyimizə inanıram. Bu yarış bizim üçün böyük təcrübə olacaq. Çalışacağıq ki, Kosovada səhvsiz mübarizə aparaq”.

Qeyd edək ki, E qrupunda mübarizə aparan millimiz AVRO-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu mayın 20-də Kosova komandasına qarşı keçirəcək. Komandamız mayın 21-də Niderland, növbəti gün isə Slovakiya yığması ilə qarşılaşacaq.
Qrup mərhələsinin qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.


18115 oxunub

InvestAZ