XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Qrossmeysterimiz “Superbet Chess Classic” turnirində ikinci məğlubiyyətini aldı
İdman 12:15 / 10.05.2022
Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour” seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Zəka sahibimiz görüşdə rəqibinə məğlub olub. Bununla da şahmatçımız yarışda ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic” turnirinin qalibi olub.

25829 oxunub

InvestAZ