XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



Los-Anceles-2028-in müvəqqəti proqramına 28 idman növü daxil edilib
Olimpiya oyunları 18:28 / 03.02.2022

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının müvəqqəti proqramına 28 idman növünü daxil edib. Bu barədə qərar BOK-un sessiyasında qəbul edilib. BOK əvvəllər qurumun icraiyyə komitəsinin dəstəyini almış Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. Tokio Yay Olimpiya Oyunlarında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma idman növləri 28 idman növünə daxildir.
Boks, ağırlıqqaldırma və müasir pentatlonun proqrama daxil edilməsi sual altında olduğu üçün müvafiq beynəlxalq federasiyalar bu idman növlərini Olimpiya proqramında yerlərini saxlamaq üçün islahatları başa çatdırmalıdırlar.
2023-cü ilədək Oyunların təşkilat komitəsinə proqrama daxil edilməsi üçün əlavə idman növləri təklif edilə bilər. 2024-cü ilin dekabrında isə proqram təsdiqlənəcək.



12296 oxunub

InvestAZ