XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



“Real Madrid”12-ci dəfə İspaniya Super Kubokunu öz muzeyinə apardı
İdman 12:33 / 17.01.2022
Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib. Həlledici görüşdə "Real Madrid” və "AtletikBilbao” komandaları üz-üzə gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "KralFəhd” stadionunda təşkil olunmuş qarşılaşma "Real” komandasının qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriçaçıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü bir qədər də artırıb.
87-ci dəqiqədə "kral klubu” Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik” say üstünlüyündən yararlana bilməyib.
Bununla da "Real Madrid” tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.

29053 oxunub

InvestAZ