XƏBƏR LENTİ
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Şevçenko istefaya göndərildi
İdman 16:21 / 16.01.2022
İtaliyanın "Cenoa” klubu baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib. Mövsümün gedişində bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb. Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun "Salernitana” ilə matçında təsadüf edib – 1:0.
"Cenoa”nın baş direktoru Yohannes Şpors Andrey Şevçenkonun komandanın baş məşqçisi vəzifəsindən azad edilməsi ilə bağlı qərarı şərh edib. O, bununla bağlı deyib: "Şevçenko ilə çox danışdıq, aramızda ünsiyyət problem olmadı. Təəssüf ki, "Cenoa”nın oyununda heç bir irəliləyiş yox idi və nəticə də gəlmədi. Nə vaxtsa başa düşdük ki, "Fiorentina” ilə oynamaq üçün gücümüz çatmayacaq. Beləliklə, tez bir qərar verdik, bu, çox vaxt gec qərardan daha yaxşıdır. Biz Andrey ilə dürüst və açıq idik".
Qeyd edək ki, "Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.


37676 oxunub

InvestAZ