XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Yeniyetmə cüdoçular Azərbaycan birinciliyində yarışacaqlar 
İdman 19:05 / 13.01.2022
Sabah Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparacaq.
ACF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ölkə birinciliyi üç gün davam edəcək.
Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın bu növünün təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya cəlb etməkdir.




32169 oxunub

InvestAZ