XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



“Qara qitə”də əlvan futbol bayramı başlayır - FOTO
İdman 22:19 / 09.01.2022
Bu gün Kamerunda futbol üzrə Afrika Millətlər Kubokuna start verilir. Hərəsində 4 komanda olmaqla 6 qrupda 24 yığma mübarizəyə başlayır. Reqlamentə əsasən qrupda ilk iki yeri tutan milli komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Eyni zamanda 4 qrupda ən yaxşı nəticə əldən komanda da mübarizəni davam etdirəcək. Kubokun açılış matçında ev sahibi Kamerun Burkina-Faso ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 20:00-da paytaxt Yaundenin "Olembe” stadionunda start götürəcək. A qrupunun digər qarşılaşması saat 23:00-da başlayacaq. Efiopiya millisi
Kabo Verdeni qəbul edəcək. 
Məlumat üçün bildirək ki, Afrikan Kubokunun qalibi fevralın 6-da müəyyənləşəcək. 


31728 oxunub

InvestAZ