XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



AFFA-nın icraçı vitse-prezidenti Gəncədə olub
İdman 13:46 / 19.11.2021
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncə şəhərinə səfər edib.
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçının 1-ci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və "Kəpəz" Futbol Klubunun icraçı direktoru İlqar Nadiri ilə birlikdə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüş keçirilib. Görüş zamanı yeniyetmə futbolçulara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

Daha sonra Baş İdarə rəisi Həmid Nəsirov və Elxan Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşərək, bölgələrdə futbolun inkişafı, kütləviliyinin artırlması və sair mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Şəhər rəhbəri, Baş İdarə rəisi və icraçı vitse-prezident Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olan mərkəzi Şəhər Stadionunda AFFA tərəfindən inşa olunacaq Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni ot örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə də baxış keçiriblər.

Həmid Nəsirov, Elxan Məmmədov və İlqar Nadiri Birinci Divizionun VIII turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilən "Kəpəz” – "Turan Tovuz” oyununu da izləyib.

Qeyd edək ki, I Divizionda VIII turun oyunları çərçivəsində "Kəpəz" doğma meydanda "Turan Tovuz" ilə qarşılaşıb. Qərb derbisinin nəticəsinə əsasən, Gəncə komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib.



4482 oxunub

InvestAZ