XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Fərid Qayıbov GUAM-ın baş katibi ilə görüşüb
İdman 14:31 / 15.10.2021
Gənclər və idman naziri Fərid Qayıbov GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) baş katibi Altay Əfəndiyevlə görüşüb. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib.
Fərid Qayıbov bildirib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi, eləcə də birgə idman təlim-məşq toplanışlarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olacaq.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.



27904 oxunub

InvestAZ