XƏBƏR LENTİ
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026



UEFA Millətlər Liqası: Avropa çempionları daha bir titul üçün yarışacaq
İdman 14:30 / 06.10.2021
Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilir. A liqasında qrup qaliblərinin iştirak etdiyi "Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq. Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək. Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
30538 oxunub

InvestAZ