XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



«Həmişə qapıçılar üçün bir təlim mərkəzi açmaq istəmişəm»
İdman 13:43 / 10.09.2021
İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyas Dubayda ilk qapıçı təlim mərkəzini açıb. Layihə "Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərqdə yeni başlayan gənc qapıçıların bacarıqlarını inkişaf etdirmək" məqsədi daşıyır. Mərkəz həm də fərqli ölkələrdən fərqli klublarda çalışan mütəxəssislər hazırlayacaq və qapıçı məşqçiləri yetişdirəcək. Kasilyas açdığı təlim mərkəzi ilə bağlı deyib: "Hər zaman mənə hər şeyi verən bu idman növünə olan borcumu ödəmək arzusunda olmuşam və həmişə qapıçılar üçün bir təlim mərkəzi açmaq istəmişəm".
657 oxunub

InvestAZ