XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında”
Gündəm 21:46 / 12.08.2021
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı


Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə,

1.XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1.İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

1.2.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

1.3.Komandanın baş məşqçisi-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti
Bakı şəhəri, 12 avqust 2021-ci il

24244 oxunub

InvestAZ