XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025



Qrossmeysterimiz liderliyini davam etdirir
İdman 21:02 / 12.06.2021
Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri "Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilib.
Turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.
Sabah qrossmeysterlərimiz növbəti görüşlərini keçirəcəklər. Ş. Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupulesku, Teymur Rəcəbov isə niderlandlı Aniş Qiri ilə mübarizə aparacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində liderliyini davam etdirir. Rusiyalı Aleksandr Qrişuk və ABŞ təmsilçisi Uesli So 4 xalla sonrakı pillələrdə qərarlaşıblar. T.Rəcəbov isə 3,5 xalla 4-7-ci yerləri bölüşür.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

25454 oxunub

InvestAZ