XƏBƏR LENTİ
24 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
19 Avqust 2025
18 Avqust 2025



Avropa çempionatının finalında hansı komandalar üz-üzə gələ bilər?
İdman 14:50 / 08.06.2021
Futbol üzrə Avropa çempionatının favorit komandaları yetərincədir. Lakin final mərhələsində qalib adını qazanacaq komandanın adını əvvəlcədən bildirmək çox çətindir. Məsələn kimin ağlına gələ bilərdi ki, 2004-cü ildə bu yarışda Yunanıstan komandası Anri Delon kubokunun sahibi olar?

Budəfəki yubiley turnirində çempionluğa iddialı olan bir neçə komanda var ki, onların da yarışa necə başlayacağı hələ ki, məlum deyil. İlk turlarda komandalar rəqiblərinə qarşı gizli həmlələr edəcək ki, sonrakı turlarda kimin güclü olduğu bununla müəyyənləşəcək. Müxtəlif saytlarda azarkeşlər arasında keçirilən sorğuda daha çox 8 yığmanın adı çəkilir. Bunlar Fransa, Almaniya, İngiltərə, İspaniya, İtaliya, Belçika, Portuqaliya, Hollandiya milli komandalarıdır ki, həmin yığmalara hər zaman çempionluğa iddialı olublar. Aparıcı futbol çempionatlarının keçirildiyi bu ölkələrin favorit göstərilməsi təbii haldır. Lakin ehtimal var ki, bu komandalardan ən azı ikisi növbəti mərhələyə vəsiqə əldə etməsin. «Olimpiya dünyası» qəzetinin proqnozuna əsasən Fransa və Almaniya finalı gözlənilə bilər. İtaliya və İspaniya milliləri də final oynamaq iqtidarındadır. Qalan yığma komandaların isə finala çıxmaq şansı elə də çox deyil. Adları çəkilməyən komandalar arasında sürpriz bir komandanın favoritləri mübarizədən uzaqlaşdırmaq imkanı da var. Portuqaliya və Hollandiya millisi əvvəlki kimi güclü deyil. Belçika yığmasının heyətində kompakt çıxış hiss olunmur. DÇ-2018-də ev sahibi amilindən istifadə edən Rusiya yığması 1/8 finaldan o tərəfə gedə bilməyəcək. Türkiyə yığmasının isə həmin mərhələyə qədər irəliləməsi çətin görünür. Xorvatiya, Polşa, Ukrayna yığmalarının çıxışı isə sual altında qalır. Bu yalnız fikir və ehtimaldır. Hər şey iyulun 11-də bilinəcək.

26048 oxunub

InvestAZ