XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib
İdman 18:14 / 02.03.2021
Bakı Şəhər, Cəlilabad Rayon Gənclər və İdman idarələrinin və "İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə şəhid kapitan, Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimində İdarənin rəisi Raqif Abbasov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Həsənova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Fikrət Sideifzadə, Cəlilabad rayon Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Hüseynov, şəhidin atası Arif Abdullayev, həyat yoldaşı Gülnar Abdullayeva, müəllimi Firudin Zeynalov iştirak ediblər.
Raqif Abbasov tədbirdə çıxış edərək belə igid və qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirib. O, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəşad Abdullayevin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib. R.Abbasov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verilib. Səksəndən çox şahmatçının iştirak etdiyi turnirdə ən yüksək nəticə göstərən Amin Qurbanov, Nərmin Abdinova, Yunis Mahmudzadə ilk üçlükdə qərarlaşıblar.
Qızların arasında Fatimə Mirzəliyeva birinci yerə layiq görülüb. Leyla Budaqova və Aytac Məmmədova isə ikinci və üçüncü yerləri tutublar.

21870 oxunub

InvestAZ