XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Zəka sahibləri “Shusha Cup”da yarışacaqlar
İdman 13:14 / 11.02.2021

"Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 5-ci turniri keçiriləcək. Chess.az saytının təşkil etdiyi və "Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 5-ci mərhələsi olan "Shusha Cup” fevralın 14-də baş tutacaq. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarət 3 dəqiqə+ hər gedişə 2 saniyə olacaq.

Qeyd edək ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan iki yüzə yaxın şahmatçı iştirak edib. Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq.


47665 oxunub

InvestAZ