XƏBƏR LENTİ
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



“Atletik”“Real”a qalib gələrək finala yüksəldi
İdman 10:11 / 15.01.2021
İspaniya superkubokunda ikinci finalçının da adına aydınlıq gəlib. Ötən gün keçirilən yarımfinal görüşündə "Real" "Atletik"lə qarşılaşıb. Oyunda hesabı 18-ci dəqiqədə "Atletik"in futbolçusu Raul Qarsiya açıb. O, 38-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. "Real"ın oyunçularından Kərim Benzema 73-cü dəqiqədə fərqlənərək, hesab arasındakı fərqi azaldıb. Lakin "kral klubu" bundan artığını bacarmayıb. Beləliklə, Madrid təmsilçisi rəqibinə 1:2 hesabı ilə məğlub olaraq, həlledici mərhələdə iştirak etmək hüququndan məhrum olub. "Atletik" isə finalda "Barselona" ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 18-də keçiriləcək "Barselona" - "Atletik" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.

33910 oxunub

InvestAZ