XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



İlqar Rəhimovla Yaponiyanın Şika şəhərinin meri arasında görüş olub
İdman 18:01 / 06.01.2021
Yanvarın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov ilə Yaponiyanın Şika şəhərinin meri Koizumi Masaru arasında onlayn formatda görüş keçirilib.
Görüş zamanı Komitə prezidenti İlqar Rəhimov iştirakçılara komitə haqqında məlumat verib. O qeyd edib ki, 1996-cı ildə iki idmançı ilə başlanılan Azərbaycan Paralimpiya hərəkatına bu gün minlərlə idmançı qoşulub. İdmançılarımız bu günə qədər 6 paralimpiya oyunlarında iştirak etmiş, onlarla medal qazanmışlar. İdmançılarımızdan 7 nəfəri paralimpiya çempionlarıdır ki, onlardan da iki nəfəri ikiqat paralimpiya çempionudur. 
İ.Rəhimov komitə ilə Şika şəhəri arasında 2020-ci ildə imzalanmış memorandum çərçivəsində azərbaycanlı paralimpiyaçıların "Tokio-2020” Oyunlarına qatılması ərəfəsində Şika şəhərində hazırlıq keçmələri üçün yaradılmış yüksək şərait üçün təşəkkürünü bildirmişdir. Komitə prezidenti onu da qeyd etdi ki, hazırlıq mərhələsi Oyunlarda göstəriləcək nəticələrə müsbət təsir göstərəcək.
Şika şəhərinin meri Koizumi Masaru öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, Paralimpiya Komitəsi və Şika şəhəri ilə əlaqələrin gələcəkdə möhkəmləndirilməsini vacib hesab edərək müxtəlif sahələrdə birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir. Eyni zamanda cənab mer Azərbaycan paralimpiyaçılarının Yaponiyanın Şika şəhərində "Tokio-2020” Yay Paralimpiya oyunlarına hazırlıq keçməsini hər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və  Şika şəhərinin xarici əlaqələr üzrə rəhbəri Ooya iştirak ediblər.

32708 oxunub

InvestAZ