XƏBƏR LENTİ
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Klub irqçiliyə məruz qalan futbolçunun müdafiəsinə qalxdı
İdman 17:00 / 04.01.2021
İngiltərənin "Bornmut” futbol klubunun yarımmüdafiəçisi Cunior Stanislas irqçiliklə bağlı təhqirlərə məruz qalıb. Belə ki, "Stok Siti” ilə oyunda qələbə qolunu vurduqdan sonra (1:0) futbolçuya "Twitter” hesabında irqçiliklə bağlı təhqirlər və ailəsinin ünvanına təhqirlər yazılıb.
"Kiminsə irqçiliyə məruz qalması çox ağır və qəbuledilməzdir. Belə şərhlər yazmağı normal qarşılayan insanlara çox təəccüblənirəm. Klubumuzun futbolçusunu təhqir edən şəxsin aşkar edilməsi üçün biz "Twitter” sosial şəbəkəsi və İnqiltərə Futbol Assosiyasiyasına müraciət etmişik. Bu halların qarşısını almaq üçün ən ciddi addımlar atılacaq”, - deyə "Bornmut”un baş direktoru Nil Bleyk bildirib.

29722 oxunub

InvestAZ