XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“İlin futbolçusu” mükafatına namizədlər açıqlandı
İdman 18:33 / 25.11.2020

FİFA-nın təsis etdiyi "İlin futbolçusu” mükafatına namizədlər açıqlanıb. Siyahıda 11 futbolçu yer alıb. Bunlar Kriştianu Ronaldo, Tyaqo Alkantara, Kevin de Breyne, Robert Levandovski, Sadio Mane, Lionel Messi, Killian Mbappe, Neymar, Serxio Ramos, Məhəmməd Salah və Vircil van Deykdir.

İlin baş məşqçisi adına namizədlər də bəlli olub. Bu mükafata Marselo Byelsa, Hans-Diter Flik, Yurgen Klopp, Xulen Lopeteqi və Zinəddin Zidan iddia edir.

FIFA həmçinin 2020-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədləri də açıqlayıb. Bu ada kişilərdən Alisson Bekker (Braziliya, "Liverpul"), Tibo Kurtua (Belçika, "Real Madrid"), Keylor Navas (Kosta Rika, PSJ), Manuel Noyer (Almaniya,

"Bavariya"), Yan Oblak (Sloveniya, "Atletiko"), Mark-Andre ter Ştegen (Almaniya, "Barselona"), qadınlardan isə Ann-Katrin Berger (Almaniya, "Çelsi"), Sara Buhaddi (Fransa, "Lion"), Kristian Endler (Çili, PSJ), Hedviq Lindal (İsveç, "Volfsburq" / "Atletiko"), Alissa Naeher (ABŞ, "Çikaqo Red Stars"), Elli Roebuk (İngiltərə, "Mançester Siti") iddialıdır.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.


17459 oxunub

InvestAZ