XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi cəbhəyə yollanıb
İdman 11:15 / 06.10.2020
Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Federasiyadan verilən məlumata görə ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.
Düşmənə layiqli cavab verən ordunun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Ölkə cüdo ictimaiyyətinin bütün nümayəndələri döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər.
Onlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzulayıblar.

30695 oxunub

InvestAZ