XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Qrossmeysterimiz onlayn şahmat akademiyası açdı
İdman 19:00 / 18.09.2020
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov öz onlayn şahmat akademiyasını yaradıb. O, akademiyaya tanınmış şahmat mütəxəssislərini cəlb edib. Onlayn akademiyanın müəllimləri T. Rəcəbovla yanaşı, tanınmış şahmat məşqçiləri Vladimir Çuçelov (Belçika) və İqor-Aleksandr Natafdır. Hər iki qrossmeyster uzun müddətdir T.Rəcəbovla işləyir və ona ən böyük beynəlxalq yarışlara hazırlaşmağa kömək edir.
T.Rəcəbov qeyd edir ki, layihəsinin missiyası hər evə şahmat gətirməkdir: "Missiyamız bütün dünyada şahmatı inkişaf etdirmək və hər evə gətirməkdir. Ən yüksək səviyyədə şahmat oynamaqda misilsiz təcrübəyə sahibik, məşqçilərimiz və qrossmeysterlərimiz Çuçelov və Nataf uzun illərdir dünyanın ən yaxşı şahmatçıları ilə gündəlik işləyirlər”.
Dərslər oktyabr ayının əvvəllərində başlayacaq.

27143 oxunub

InvestAZ