XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Sosial məsafə 37 qolun buraxılmasına səbəb oldu
İdman 14:00 / 18.09.2020
Almaniyada keçirilən futbol qarşılaşmasında unikal hesab qeydə alınıb. Bu barədə "Match TV” məlumat yayıb. "Ripdorf/Moltsen II” klubu "Holdenştedt”lə qarşılaşmada 0:37 hesabı ilə məğlub olub. Bu cür hesabın qeydə alınması məğlub komandanın sosial məsafə qaydasını gözləməsi ilə ortaya çıxıb. Belə ki, qarşılaşmadan əvvəl "Holdenştedt”in oyunçularının koronavirusa yoluxmuş şəxslə əlaqədə olduğu bildirilib. "Ripdorf” qarşılaşmanın təxirə salınmasını istəsə də, bu tələb qəbul edilməyib. Əksinə klub meydana çıxmayacağı halda böyük məbləğdə cərimələnməklə təhdid edilib.
30717 oxunub

InvestAZ