XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Türklərə qarşı erməni xəyanəti və törədilən cinayətlər - İdmandan kənar
Mədəniyyət 15:09 / 21.08.2020
Osmanlı imperiyasını «xəstə adam» adlandıran çarizm və Qərb imperializmi XIX əsrin ikinci yarısında ermənilərdən bir kozır kimi istifadə etməyə başladılar. Türklərin bu çətin vəziyyətindən cəsarətlənən və əsasən siyasi məsələlərdə çox kütbeyin olduqlarını isbat edən ermənilər, «Böyük Ermənistan» yaratmaq üçün layihələr hazırladılar. Həyata keçirilməsi mümkün olmayan layihələr üzündən ermənilər dəfələrlə məğlub olsalar da, yenə heç cür realist ola bilmədilər. 1890-cı ildə ermənilər «Daşnaksütyun» partiyası yaratdılar. Yarandığı gündən Türkiyə torpaqlarında Ermənistan dövləti yaratmaq proqramını hazırlayan «Daşnaksütyun» partiyası 1904-cü ildə Qafqaz Ermənistanını da öz planlarına daxil etdi. Ermənilərin türklərdən istədikləri vilayətlər bunlar idi: Qars, Van, Ərzurum, Xarput, Diyarbəkır, Bitlis, Sivas, Adana və bir də Kilikiyanın cənubu. Erməni «Qnçak» partiyası da eyni xəyallarla yaşayırdı. Bu xəyallarla yaşayan ermənilər Anadolunun cənubuna silahlı basqınlar etdilər.1896-cı ildə Sultan Əbdülhəmid ermənilərin Türkiyə torpaqlarında törətdikləri vəhşiliklərin qarşısını almaq üçün hücuma keçdi və erməniləri geri oturtdu. Təqib nəticəsində bir çox ermənilər qaçaraq Qafqaza sığındılar. Qaçanların ən çoxu Türkiyədə erməni hərəkatının başçıları və erməni xalqını müsəlmanların əleyhinə təhrik edən daşnak və qnçaklar idi. 1905-ci il inqlabı zamanı rus hakim dairələri Qafqaz türklərini inqilabın bəxş etdiyi azadlıq nemətlərindən məhrum etmək üçün belə bir vəziyyətdən istifadə etməyi qərara aldılar. Halbuki, əsrlərlə Qafqazda türklərlə ermənilər bir yerdə dostcasına yaşamış, aralarında mehriban qonşuluq münasibətləri olmuşdu. Hətta, qədim zamanlarda ermənilər xarici düşmənlərin basqınlarına qarşı türklərlə birgə mübarizə aparmışdılar. O ki, qaldı Qafqaza, buradakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. Ermənistanın mərkəzi sayılan İrəvanda da çoxlu türklər yaşayırdı. Bütün bunlara baxmayaraq, Türkiyədəki məğlubiyyətlərindən dərs almayaraq, Qafqazda olan yüksək vəzifəli rus məmurları tərəfindən silahlandırılan və gizli tapşırıqlar alan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Şuşa, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız türklərə, dinc əhaliyə qarşı hücum edib onları öldürməyə, qılıncdan keçirməyə başladılar. Beləliklə onlar türkləri öldürərək bu ərazilərdə çoxluq əldə etmək istəyirdilər. Öldürə bilmədikləri türkləri isə nəyin bahasına olursa-olsun öz torpaqlarından qovurdular. Ermənilərin xalqımızı başına gətirdikləri vəhşilikləri qələmə almağa çətinlik çəkirəm. Ancaq bitərəf gürcü yazıçısından bir misal gətirmək istəyirəm. Gürcü sosialistlərindən olan Qaribi «Qızıl kitab»ında belə yazır: «Erməni inqilabçılarının, xüsusilə «Daşnaksütyun» partiyasının yaradılmasına qədər Zaqafqaziyada sülh və dostluq hökm sürürdü. Bu ölkədə türklərlə ermənilər arasında olan qanlı qırğınların kölgəsini belə xatırlayan yoxdu. 

Ermənilər, türklər və gürcülər əsrlərlə bir yerdə yaşadılar, hətta bu müddət ərzində heç kim millətlərarası ədavət görmədi… Daşnaklar gəldilər və sırf ermənilərdən ibarət müstəqil Ermənistan dövləti yaratmaq istədilər. Patriarxal Qafqaz kəndlərinə milli ədavət və qarşılıqlı nifrət hissləri doldu. Ermənilərin silah oynatmalarına türklər də qarşılıqlı cavab verdilər». (Qaribi. Qızıl kitab, Tiflis, 1921, səh.49)
Gəncə şəhəri Gəncə çayı ilə bölünmüşdür. Şəhərin dağlıq hissəsində ermənilər, düzənlik hissəsində isə türklər yaşayırdı. Türk məhəllələri arasında "Noraşel” adlı bir erməni məhəlləsi də vardı. Digər türk məhəllələri bunlardır; Ozan, Zərabi, Əttarlar, İmanlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqlu, Böyük Bağban və Bala Bağban.
Ermənilər yaşayan hissədə üç türk məhəlləsi vardı; Mollacəlilli, Çaylı, Hacıməlikli. Ermənilər ən çox bu türk məhəllələrinə hücumlar edirdilər. Hücum zamanı qadınlar, qocalar və uşaqlar Gəncə çayını keçərək, türklər yaşayan məhəllələrə gəlir, kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər (əsasən qadınlar) boş qalan türk evlərini talan etdikdən sonra yandırırdılar. O zaman xalq arasında cəsarət və igidliyi ilə tanınan Tatoğlu Qara silahdaşları ilə ermənilərə qarşı vuruşaraq, onların irəliləməsinə mane olurdu. Ermənilərin təhkiri ilə yaxınlıqdakı kazarmalarda yerləşən rus əsgərlərinin açdığı atəş ilə Tatoğlu Qara öldürülür, yoldaşları onun cənazəsini götürərək, türklər yaşayan əraziyə keçirlər. Qara Tatoğlunun ölümü yerli camaatı çox sarsıdır. Rus əsgərləri, polislər və jandarmalar türklərin qırılmasını kənardan seyr edirdilər. Elə ki, ermənilər türklər tərəfindən sıxışdırılırdı, başlayırdılar onlara kömək etməyə. «Difai» partiyası bu vuruşmanın qarşısını almaqda böyük rol oynayırdı. Gəncədə yerləşən «Cəmiyyəti xeyriyyə» və «Nəşri –maarif» cəmiyyətlərinin binası qərargaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri olan Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdir. (96a).


Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Hücum türklərin üstünlüyü ilə davam edirdi. Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü türklərin tərəfinə keçir, əks-hücumlar təşkil edilirdi. Rus hökumətinin Qafqazda olan yüksək vəzifəli məmurları artıq silahın geriyə təpdiyini anlamışdılar. Ermənilər təlaşa və çaxnaşmaya düşmüşdülər. Bu zaman baş qubernator Bauer hərbi komandirlərlə, tanınmış gürcü əsilzadələrilə və başqa hörmətli şəxslərlə birlikdə Ələkbər bəyin yanına gələrək, hücumun dayandırılmasını xahiş edirlər. Uzun sürən müzakirədən sonra Ələkbər bəy bəzi döyüşü dayandırmağa söz verdi və verdiyi sözə əməl etdi. Bir neçə gün sonra dağdan enərək vətən qarşısında borcunu yerinə yetirən və türk xalqını erməni qırğınından qurtaran qaçaqlar Dəli Alının rəhbərliyi altında Gəncədən ayrılaraq dağlara çəkildilər. Erməni zülmündən azad olan camaat öz minnətdarlıqlarını bildirdi.
Bundan sonra Tiflisdə, Bakıda, Şuşada, Şamaxıda, Gəncədə Rusiyanın yüksək vəzifəli məmurlarının, mötəbər, tanınmış gürcülərin vasitəsilə türklər və ermənilər arasında barışıq yaratmaq üçün toplantılar keçirildi. Hər iki tərəfdə sakitlik yarandı. Ancaq 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Yeri gəldikdə bu barədə də söhbət ediləcək. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, amma erməniləri türklərin əleyhinə təhrik edən çar idarəsinin fitnəsinə qarşı nə kimi tədbirlər görəcəkdi? «Difai» partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər. Erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları «aradan» götürüləcəkdir…Bu, "Difai” partiyasının qərarı idi.
Şuşada ermənilərin törətdikləri qırğın zamanı onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda çarın əmisi Qranduk Nikolay Nikolayeviçə pasport vermək üçün Tiflisə gedir. Bu fürsətdən istifadə edən «Difai» partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovu öldürmək tapşırılır. Bir həftə keçməmiş bu qərar Tiflisdə yerinə yetirilir. «Difai» təşkilatı Hüsünün təhlükəsizliyini qorumaq məqsədilə İrana qaçmasına köməklik edir. Gəncə qubernatorunun müşaviri Kreşçinski də Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün «Difai» partiyasının Gəncə təşkilatının üzvləri öz aralarında püşk atmışlar və püşk Gəncənin Topal Həsən kəndinin sakini Səmədə düşür. Kreşçinski Gəncədə evinin önündə Səməd tərəfindən öldürülür. Gəncədə həbsxananın imamı olan müsəlman mollası Mola Atakişi (molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək, «Difai» partiyasının bir neçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Şuşada xalq arasında «dəli sudya» adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək üçün «Difai»nin Şuşa komitəsinin qərarı ilə «aradan» götürülür. 

Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski eyni səbəblə partiyanın qərarı ilə öldürülürlər. Bu siyahını uzatmaq olar. Bütün bunları Azərbaycanda azadlıq uğrunda mübarizənin başlanğıcı kimi qiymətləndirə bilərik. 
«Difai» partiyasının üzvlərinin bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün olunurlar. (1908). (96a).
Osmanlı dövlətində ermənilərə çox böyük imtiyazlar verilmişdi. Onlar orduya çağırılmır, yalnız könüllü xidmət edə bilərdilər. Əksər vergilərdən isə azad idilər. Birinci Dünya müharibəsi başlayanda da ermənilər səfərbərlikdən kənarda qaldılar. Osmanlı sultanlığının tapşırığı ilə (sultanın köməkçisi də erməni olub) əhalidən silahlar yığıldı və bütün əli silah tutan kişilər cəbhəyə yollandılar. Artıq üsyanlara başlamaq olardı. Ermənilər dərhal hərəkətə gəldilər. Xüsusən Şərqi Anadoluda türkləri elə dəhşətli qəddarlıqla qırmağa başladılar ki, onu olduğu kimi kimsə təsvir edə bilməyib.
Erməni Milli Konqresinə "Daşnaksütyun” Partiyasının 1915-ci ildəki hesabatında deyilir: "Bildiyiniz kimi I Dünya müharibəsində Çar Rusiyası hökuməti Türkiyədəki erməniləri silahlı döyüşə hazırlamaq üçün silah almaq, eyni zamanda, müharibə başlayan vaxtda üsyanları təşkil etmək üçün öncə 242,900 rubl pul vermişdi. Məqsədi o idi ki, könüllülərimiz Türk ordusuna arxadan sarsıdıcı zərbələr endirəcək, üsyanlar törədəcək, ölkədə qarışıqlıq yaratmağa çalışacaqlar Bu yolla da rusların Osmanlı torpaqlarına girməsi təmin olunacaq. Rusiya ordusu Türkiyə Ermənistanına (Şərqi Anadolunu nəzərdə tuturdu.) sahib olacaqdır”. Yüzlərlə belə fakt var. Odur ki, ermənilər arxivlərin açılmasına, həmin sənədlər əsasında məsələni araşdırmağa razı olmurlar.
Qeyd etdik ki, türklərin əli silah tutanı müharibəyə getmişdi. Kəndlərdə ancaq qadın, uşaq, bir də qoca kişilər qalmışdı. Odur ki, silahlı ermənilər heç bir müqavimət görmədən kəndlərə girir, insanları doğrayır, diri-diri yandırırdılar. Həmin dövrdə Osmanlı dövlətinin baş komandanı adından erməni katalikosuna göndərilən məktub da bunu təsdiq edir. Məktubda ermənilərə Osmanlı dövlətində yaradılan şəraitdən, onların xarici təsirlər nəticəsində ağılsızlıqlarından, törətdikləri dəhşətli qətllərdən söhbət açır, onların ağıla-kamala çağırılması tövsiyə olunur. Ancaq bu əbəs idi. Çünki bu terrorçu dəstələr, ilk növbədə, dini rəhbərlərindən tapşırıq almışdılar.
1915-ci il martın 19-da 3-cü ordu komandanlığının Osmanlı Dövlətinin Hərbi Nazirliyinə göndərdiyi teleqramda deyilirdi: "Bizim ordumuz Ərzuruma çatana qədər baş qaldırmış erməni quldur daşnak dəstələri iki gün ərzində görünməmiş qətllər törədiblər. İndiyə kimi 2127 türk meyiti dəfn etmişik. Onların hamısı kişilərdir. Cəsədlərin üzərində balta, süngü, güllə yaraları var. Bu cəsədlərin ciyərləri çıxardılmış, gözlərinə ucu sivri oxlar soxulmuşdur”.
…Erməni üsyanları, az qala, bütün Türkiyəni bürümüşdü. Şərqi Anadoluda və Ərzurumda isə elə dəhşətli vəhşiliklər törətmişdilər ki…O zaman bir alman generalı yazırdı: "Ruslar Ərzuruma yaxınlaşanda ermənilər Şərqi Anadoluda silahlı üsyan qaldırdılar. Ermənilər bütün qüvvələri ilə bu xalqı silib-süpürməyə çalışırdılar”. 
Bundan əvvəl, yuxarıda bildirdiyimiz səbəblər nəticəsində pozulmağa başlayan 600 illik türk-erməni münasibətlərinin sona çatdığı qısa dövrün hekayətinə gəldik. 
Bu sətirləri yazarkən və yazımın əsaslarını tədqiq etmək üçün yüzlərlə sənədləri yoxlayıb, öyrənərkən keçirdiyim xoşagəlməz üzüntünü bildirmədən söhbətə başlamayacağam. 
Bu üzüntümün səbəbi, bütün tarixləri boyu bu və ya başqa bir dövlətin tabeliyində daim əzilən ermənilərin müstəqil olmasalar da, lakin nə irqi, nə də dini siyasət yeritməyən Osmanlı imperatorluğu daxilində 600 il müddətində əldə etdiyi rahat, sakit və daim inkişaf etməkdə olan həyatları əvəzinə, xaricin bir yığın macərapərəst, azğın komitəçilərin və onlara qoşulmuş erməni din adamları və digərlərinin təbliğatı və köməyi ilə törətdikləri vəhşiliklər ucbatından qazandıqları aqibət və çəkdikləri acılardır. 
Təbiidir ki, bu acıları yalnız ermənilər deyil, türklər də çəkdilər. Daha doğrusu, ermənilər türklərə çəkdirmək istədilər. Türklər də olmaqla, hər iki tərəf böyük itkilər verdi. Lakin, qurbanların həqiqi sayı milyonlara çatır ki, bunların da üçdə ikisini türklər, üçdə birini ermənilər təşkil etmişlər.
Bu bölümdə də türk-erməni münasibətlərinin tarixi səhifəsi olan 6-7 illik mücadilə dövrünün ümumi mənzərəsini, səbəblərini və nəticələrini qısaca bildirməyə çalışacağıq. 
I dünya müharibəsinin müxtəlif cəbhələrində, ilk gündən müharibənin sonuna qədər xarici orduların tərkibində erməni könüllüləri və əsgərləri də Osmanlı dövlətinə qarşı vuruşmuşlar. Bunu xarici dövlətlər etiraf etdikləri kimi, ermənilər də müharibənin sonunda özlərinə xal qazandırmaq məqsədilə «Biz müttəfiq davasında xidmət etmək üçün qan tökdük» deyərək, Türkiyəyə qarşı vuruşduqlarını etiraf etmişlər. 
Əslində Osmanlı orduları cəbhədə döyüşərkən, erməni bandalarının cəbhə arxasında və yurd içindəki dövlət hüquq qanununa görə xəyanət sayılan fəaliyyətləri də, həqiqətən müttəfiq davasına xidmət məqsədilə planlaşdırılmışdı. 
Məsələn, rus ordusunda 180 min erməni əsgəri var idi. Bunun 15 mini Qafqaz cəbhəsində Osmanlı ordusuna qarşı vuruşurdu. Fransızların şərq legionlarında minlərcə erməni vuruşurdu. Hətta Fələstində Amerikadan gəlmiş erməni könüllüləri var idi. Müharibə meydanlarında ələ keçən minlərcə sənəd və məktublardan qeyd olunanların həqiqət olduğu aydın görünür. Bu məktublardan birini eynilə burada göstərirəm:
Detroyt, 20 noyabr, 1914.
Vardar Arutyunyan
Bitlis
Sevimli atam!
Bu son məktubumdur. Belə ki, mən də artıq erməni milləti qarşısında vəzifəmi yerinə yetirmək və türkün başını əzmək üçün erməni könüllülərinə yardıma gedirəm. Türk və almandan intiqam almaq üçün Rusiya, İngiltərə və Fransa qəti qərar vermişlər. Ermənilər xoşbəxt və müstəqil olacaqlar. Əmin olun, xilasımız çox yaxındır.
Oğlunuz 
Petros Arutyunyan.

Şübhəsiz ki, Osmanlı ordusunda da ermənilərdən zabit və sıravilər var idi. İmperatorluq sərhədləri içində, hər yerdə, əsgər olmayan ermənilər özlərini işlə məşğul olan kimi göstərirdilər, lakin komitələrin təzyiq və yardımı ilə sürətlə silahlanmağa çalışırdılar. 
Talelərini müttəfiqlərin qalibiyyətinə bağlamış erməni komitəçiləri də Osmanlı imperatorluğunun məğlub olmasını təmin etmək üçün bütün imperatorluq torpaqlarına yayılmış ermənilərdən və Osmanlı ordusunda xidmət edən erməni gənclərindən xeyir görmək yolunu tutmuşdular. Onları təbliğ və təşviq etməklə bərabər, başqa istiqamətlərdə də yardım edirdilər. Ermənilər arasında əlaqələri xarici zabitlər idarə edirdilər. 
Rus podpolkovniki Tverdoxlebov öz hökumətinə göndərdiyi raportunda bu barədə açıq yazmışdı: «İngilis və ya fransız Baş hərbi qərargahından erməni inqilab təşkilatını idarə etmək üçün yanvar ayında Ərzincana gəlmiş polkovnik Morel adlı şəxs mövqe komandanıma bir məktub göndərərək kürdlərin Ərzurum və Ərzincan yolu üstündə rus hərbi nəqliyyatına, xüsusilə şəhərə basqın hazırladıqlarını iddia etmişdi. Morel, əhalisi kürdlərə yardım etdiyi üçün Ərzurum-Ərzincan yolu üzərindəki müsəlman kəndlərinin məhv edilməsi üçün əmr verdiyini də əlavə etmişdi». 
İllərdən bəri böyük hazırlıqlar aparılırıdı. Ermənilərin böyük əksəriyyəti silahlanmışdı. Osmanlı ordusundakı ermənilər də dövlətin verdiyi silahı götürüb qaçırdılar. Əlbəttə, bir əsgər kimi bu vəziyyətin dəhşətini başa düşürəm. Lakin bu vəziyyəti anlamaq üçün nə əsgər olmaq, hətta nə kişi olmaq, nə də elmli olmaq lazım deyil. Hər şey gün kimi aydındır. 
Türkiyənin ərazisində baş vermiş bütün qanlı olayları ermənilər başlamışlar. Mayevski yazırdı: «Türkləri oradakı vəhşiliklərə görə nə cür günahlandırırlar-günahlandırsınlar, bir şeyi deməliyəm: Türkiyənin ayrı-ayrı şəhərlərində ermənilərlə müsəlmanların toqquşmasına dair şəxsən mənə bəlli olan şeyləri bu inama gətirir ki, qan tökülməsinə hər yerdə yalnız ermənilərin öz təşəbbüsləri ilə başlanmışdır. Trapezund qırğınına da şəhərin küçələrində iki türk generalının – Bağrı paşa və Həmdi paşanın yaralanması səbəb olmuşdur». Ermənilər təkcə türkləri deyil, kürdləri də eyni qəddarlıqla qətilə yetirirdilər. Onlar heç vaxt kürdləri və ləzgiləri türklərdən ayırmırdılar. Hətta türklərə böhtan atmaq üçün öz ermənilərini öldürməkdən belə çəkinmirdilər Türkiyənin Van vilayətindəki vitse konsulu mayor Vilyams 15 may 1896-cı il tarixli raportunda ermənilərin kürdləri qətilə yetirmələri barədə yazırdı: «Çatdırmağı özümə şərəf bilmirəm ki, bu vilayyətdə vəziyyət heç bir cəhətdən qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüş və ikisi yaralanmış, ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür. Təsdiqlənmişdir ki, hər iki halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır». O zaman Ərzurumda yerləşən rus artilleriyasının polkovniki Tverdoxlebovun yazdıqlarından aydın olur ki, Türkiyədə öldürülən türklər – öldürən ermənilər olublar: «Bu hadisələrlə eyni vaxtda bizə soraqlar gəlirdi ki, Ərzincanda ermənilər dinc əhalini ən qatı vəhşiliklə qırır və sonra Ərzincana daxil olan türk qoşunlarından qaçırlar. Ordu komandanın məlumatlarına və hadisə yerindən gəlmiş rus zabitlərinin söylədiklərinə görə 800 nəfər türk öldürülmüş, ermənilərdən isə türklərin özünümüdafiəsi zamanı vur-tut bircə nəfər zərər çəkmişdir. Məlum oldu ki Ərzurum yaxınlığındakı İlicə kəndində də silahsız dinc əhalini qırmışlar».
Arxiv sənədlərindən və şahidlərin xatirələrindən bəlli olur ki, ermənilər təpədən-dırnağa kimi silahlanaraq nizami ordu şəkilində türk kəndlərində, sözün həqiqi mənasında, soyqırımı törətmişlər. Rus ordusunda xidmət edən erməni zabitləri də ermənilərə kömək etmişlər. Lipski bu barədə Tverdoxlebova məlumat vermişdir: Tverdoxlebov özü bu hadisəni belə qələmə almışdır: «Mənə bildirdilər ki, kazarmada vətəndaşlardan heç kəs yoxdur. Mən axtarışa başlayan kimi kazarmadakı hamamda gizlədilmiş və dəhşətli dərəcədə qorxmuş 70-dən çox türk tapdım. Tezliklə qısaca istintaq apardım, hamının rəhbər kimi nişan verdiyi əsgəri həbs etdim, saxlanmış türkləri o saat buraxdım». Ermənilərin dinc türk əhalisinə qarşı törətdikləri soyqırımın dəhşətlərini görən ruslar hətta rus ordusunun Ərzurumdan çıxarılmasına çalışırdılar. Onlardan biri də Tverdoxlebov olmuşdur. O yazırdı: «Ermənilərin vəhşiliklərinə qarşı durmağa gücümüz çatmırdı və onların yaramazlıqlarının bir dəqiqə də olsa, bizim adımıza çıxılmasını istəmirdik».
Valli adlı bir tarixçi isə yazırdı: «1915-ci ilin aprelində erməni inqilabçıları Van şəhərini ələ keçirdilər və «Daşnak» partiyasının iki lideri – Aram və Vazelin komandanlığı altında şəhərdə erməni ştabı yaratdılar. Mayın 6-da onlar şəhəri bütün müsəlmanlardan təmizləyərək rus ordusuna təhvil verdilər».
Başqa bir tarixçi – S.Şou yazırdı: «Bitlis – Muş və Qars-Ərzurum istiqaməitlərində irəliləyən rus ordusunu silahlı nizami erməni kolonları müşayiət edir, yollarındakı hər şeyi dağıdır, insanları qırırdılar. Bu zaman bir milyondan artıq müsəlman əhalisi qaçmağa məcbur olmuş, yüz minlərlə adam ermənilər tərəfindən tikə-tikə doğranmışdı».
XX yüzilliyin başlanğıcında yaranmış ağır və qarışıq vəziyyətdən istifadə edərək Türkiyənən ərazisində Rusiyanın köməyi ilə erməni dövləti yaratmaq idi. Onlar rus silahı ilə din türk əhalisini ona görə vəhşicəsinə qırırdılar ki, həmin ərazilər türklərdən təmizlənsinlər. Tverdoxlebovun yazdığına görə, doktor Zariyevin əlinə bir sənəd düşmüşdü. Onun Ərzuruma gəlməyindən əvvələ aid olan bu sənəddən məlum olur ki, ermənilərin məqsədi Türkiyədə rus zabitlərinin əli ilə «Muxtar Ermənistan» yaratmaqdan başqa bir şey deyilmiş. Rus zabitlərindən bir çoxları ermənilərin hərəkətlərindən şübhələnərək məqsədlərini başa düşürlərmiş. Məhz bu vəziyyəti araşdıran doktor Zavriyev zabitlər arasındakı narazılığın səbəblərini doğru başa düşmüş, onların Türkiyədən qayıtmaq istədiklərini söyləmişdir. Çünki artın rus zabitləri başa düşürdülər ki, «ermənilər nə istəyirlər və rus zabitləri onlara nə üçün lazımdır».
Ermənilərin bu niyyətlərinin Türkiyə ərazisində baş tutmadığını çox-çox sonralar rus şərqşünası İqor Petrov belə dəyərləndirmişdi: «Türkiyə ərazisində özlərinə dövlət qurmaq planları puça çıxandan sonra ermənilər Rusiyanın köməyi ilə bunu Azərbaycan torpaqlarında reallaşdıra biliblər. Paytaxtı qədim Azəraycan şəhəri İrəvan olan Ermənistan Respublikası, uydurmaları nəzərə almasaq, erməni tarixində ilk dövlət qurumu idi».
Fransız tarixçisi Jorj de Malveril yazırdı: «Ədalət naminə demək lazımdır ki, bu insan tikələrinə görə türkləri gunahlandırmaq olmaz». 


60409 oxunub

InvestAZ