XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



1/4 finalın son cütlüyü bu gün müəyyənləşəcək
İdman 12:19 / 08.08.2020

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Son cavab görüşlərinin ardından​ 1/4 finala axırıncı 2 vəsiqənin sahibi​ müəyyənləşəcək.
Qarşılaşmalardan biri İspaniyada təşkil olunacaq. İlk matçda səfərdə İtaliya "Napoli"si ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Barselona" bu dəfə rəqibini doğma "Nou Kamp"da qəbul edəcək. Kataloniyalıları bu matçda qolsuz bərabərlik də qane edir.
Gecənin digər matçı isə Almaniyada keçiriləcək. Londondakı qarşılaşmada "Çelsi"ni 3:0 hesabı ilə məğlub edən "Bavariya" növbəti mərhələnin 1 addımlığındadır.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

Qeyd edək ki, bu mərhələnin digər 2 oyunu avqustun 7-də​ baş tutub. "Mançester Siti" İspaniyada olduğu kimi, İngiltərədə də "Real Madrid"i 2:1 hesabı ilə məğlub edərək mərhələ adlayıb. "Yuventus" isə İtaliyada Fransa "Lion"unu eyni hesabla yensə də, ilk matçda rəqibinin 1:0 hesablı ev qələbəsi səbəbindən mübarizəni dayandırıb.​ "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və​ "Atalanta" (İtaliya) 1/4 finala daha əvvəl vəsiqə qazanıblar.
Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.


26442 oxunub

InvestAZ