XƏBƏR LENTİ
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020
16 Sentyabr 2020



Çingiz Hüseynzadə AOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edəcək
MOK 10:13 / 28.01.2019

Yanvarın 24-25-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.
İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edəcək.
Tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iclasda iştirak edəcəyi gözlənilir.
Tədbir çərçivəsində həmçinin Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı və Minsk-2019 Avropa Oyunları da gündəlikdə olan məsələlər sırasındadır.


19381 oxunub

InvestAZ