XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Komandamız​ top divizionda mübarizə aparacaq
İdman 20:17 / 28.07.2020

Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baza divizionunda birinci mərhələnin oyunları başa çatıb.

3 qrup üzrə mübarizə aparan 30 komandadan 12-si dördüncü diviziona yüksəlib. Belə ki, "A” qrupunda Myanma (18 xal), Bruney Darüssalam (16 xal), Pakistan, Oman (hərəyə 13 xal), "B” qrupunda Livan (18 xal), Qətər (15 xal), Bəhreyn (14 xal), Liberiya (10 xal), "C” qrupunda Kipr (18 xal), Aruba (15 xal), Haiti (12 xal), Mavritaniya (10 xal) komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
Dördüncü divizionun oyunları iyulun 31-dən avqustun 2-dək keçiriləcək.
Turnirə, ümumilikdə 163 komanda qatılıb. Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Olimpiada avqustun 30-dək davam edəcək.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.


34024 oxunub

InvestAZ