XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



FİFA AFFA-ya maliyyə yardımının detallarını açıqladı
İdman 16:55 / 26.06.2020

FİFA​​ koronavirus​​ pandemiyasının​​ yaratdığı​​ iqtisadi​​ çətinlikləri​​ aradan​​ qaldırmaq​​ üçün​​ milli​​ federasiyalara​​ edilən​​ maliyyə​​ yardımının​​ detallarını​​ açıqlayıb.

Yardım məqsədilə ümumilikdə 1.5 milyard dollar vəsait ayrılıb.
AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.
Konfederasiyaların hər birinə isə 2 milyon dollar ödəniləcək. Ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.
Beləliklə, AFFA FİFA-dan 1.5 milyon dollar yardım alacaq. Bir müddət əvvəl bu məbləğin 500 min dollar olduğu açıqlanmışdı.



80497 oxunub

InvestAZ