XƏBƏR LENTİ
10 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



"Fənərbağça”da məşqçi istefası​
İdman 15:13 / 25.06.2020

İstanbulun "Fənərbağça” basketbol klubu baş məşqçi Jelko Obradoviçlə yollarını ayırıb.​ Bu barədə İstanbul klubunun rəsmi internet portalında məlumat verilib.

Əslində, "sarı lacivərdilər” serbiyalı mütəxəssislə işbirliyini davam etdirmək istəyirdi. Belə ki, klubun prezidenti Ali Koç bir neçə gün əvvəl Belqraddan İstanbula gələn təcrübəli mütəxəssislə görüşərək ona 2 illik yeni müqavilə təklif etmişdi. Amma "Fənərbağça”nın rəhbəri bu dəfə Obradoviçin məvacibini artırmayacağını söyləmişdi. O, klubun borclarının çox olması ilə əlaqədar basketbol şöbəsinin büdcəsini də azaldacağını bildirmişdi.

Nəticədə klub prezidentindən düşünmək üçün vaxt istəyən serbiyalı mütəxəssis yenidən Belqrada qayıdıb. Dünən isə təcrübəli mütəxəssis "Fənərbağça” rəhbərliyi ilə əlaqə yaradaraq müqaviləni yeniləməyəcəyini deyib. Bu isə artıq əməkdaşlığın dayandırılması deməkdir.

Obradoviç həmçinin ailəsi ilə məsləhətləşdiyini və bir il heç bir komandada çalışmayacağını da elan edib.

Xatırladaq ki, 2013-cü ildən "Fənərbağça”da işləyən məşqçinin başçılığı altında İstanbul klubu 2017-ci ildə Avroliqanın qalibi olmuşdu.


27849 oxunub

InvestAZ