XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



"Qırmızı şeytanlar" kredit götürür
İdman 16:09 / 28.05.2020

​İngiltərənin "Mançester Yunayted" klubu bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb.

"Qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək. Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq.
Qeyd edək ki, daha öncə "Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu yazılıb.
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.


29585 oxunub

InvestAZ