XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycanlı hakimə yeni vəzifə verildi
İdman 16:39 / 21.05.2020

Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Cahangir Babayevə yeni vəzifə verilib.

Əməkdar məşqçi Avropa Hakimlər Komissiyasına üzv seçilib.
Qitənin 55 ölkəsindən ümumilikdə 10 nəfərin olduğu komitədə Azərbaycan nümayəndəsi ilk dəfə yer alacaq. 5-ci dan qara kəmər sahibi Cahangir Babayev bundan sonra həmin komitədə ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, Avropa Hakimlər Komissiyasında 1 sədr, 9 üzv yer alır.

44707 oxunub

InvestAZ