XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



“Vulverhempton” sərfəli nəticə əldə etdi
İdman 12:06 / 13.03.2020

Avropa Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib. "Bayer” Şotlandiyada "Reyncers”in qonağı olub. Almanlar rəqib qapısından üç top keçiriblər. Meydan sahiblərinin gücü isə təsəlli qoluna çatıb.
Günün digər oyunu Yunanıstanda keçirilib. Burada yerli komanda "Olimpiakos” "Vulverhempton”u sınağa çəkib. İlk hissədə qol olmayıb. Fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqləniblər. İlk olaraq meydan sahiblərinin heyətində Əl Arabi 54-cü dəqiədə rəqib qapısına yol tapıb. 67-ci dəqiqədə isə narıncı-qaralar qolun əvəzini çıxıblar. Neto meydan sahiblərini məyus edib.

"Reyncers” – "Bayer” 1:3

Qollar: Edmundsson 75; Haverts 37, Aranquiz 67, Beyli 88

"Olimpiakos” – "Vulverhempton” 1:1

Qollar: Əl Arabi 54; Neto 67.

32441 oxunub

InvestAZ