XƏBƏR LENTİ
30 Yanvar 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



DEPUTATLIĞA NAMİZƏD KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB - FOTO
İdman 17:52 / 22.01.2020

79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd Murad Fərzəliyevin seçicilərlə görüşləri davam edir. Təbliğat-təşviqat planına uyğun olaraq, rayonun Otuziki və Yuxarı Qaralar kəndlərində keçirilən  görüşdə çoxsaylı seçicilər iştirak edib. Yuxarı Qaralar kəndində keçirilən görüşdən əvvəl deputatlığa namizəd Murad Fərzəliyev seçki komandasının bir qrup üzvü ilə şəhid ailəsini ziyarət edərək, Qarabağ uğrunda döyüşlərdə şəhid olan Mikayılov Nadir Adil oğlunun valideynləri ilə görüşüb və onların  qayğıları ilə maraqlanıb. Şəhid Nadir Mikayılovun valideynləri göstərilən diqqətə görə minnətdarlıq edərək, şəhid ailəsi kimi onlara verilən torpaq sahəsi ilə bağlı yol probleminin aradan qaldırılması üçün  köməyə ehtiyac olduğunu bildiriblər. Hər iki kənddə keçirilən görüşdə kənd sakinləri də çıxış edərək, seçkilərdə fəal iştirak edəcəklərini və layiqli namizəd kimi ona səs verəcəklərini bildirmişlər.


37074 oxunub

InvestAZ