XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Azərbaycanlı mütəxəssislər Qətərdə beynəlxalq seminarda iştirak ediblər
İdman 14:29 / 15.01.2020

Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. Beynəlxalq Cüdo Federasiyasının rəsmilərinin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub. Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və yeniyetmələrdən ibarət milli komandanın məşqçisi Zaur Babayev iştirak edib.

44551 oxunub

InvestAZ