XƏBƏR LENTİ
05 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri mükafatlandırıldı
İdman 15:29 / 25.11.2019

"Şüa” İdman-Sağlamlıq Mərkəzində stolüstü tennis üzrə Azərbaycan kuboku turniri keçirilib. Gənclər və yeniyetmələr arasında keçirilən yarış şəxsi-komanda xarakteri daşıyıb.
2002-2004-cü il təvəllüdlü qızların yarışında ilk üç yeri "Şəki”, "Təhsil” və "Şabran” komandaları tutublar. Oğlanlar arasında isə "Təhsil 1”, "Təhsil 2”, "Şabran” komandaları fərqləniblər. Həmin yaş qrupunun şəxsi yarışlarında isə qızlar arasında Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova, oğlanlar arasında İbrahim Ansari, Kənan Pənahov, Nihad Məmmədov qalib olublar.
Turnirdə 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı qızlar arasında " Sumqayıt 2”, "Sumqayıt 1”, "Sumqayıt 3” komandası, oğlanlar arasında "Təhsil 1”, "Sumqayıt 1”, "Təhsil 2” yığmaları mükafatlara layiq görülüblər. Həmin yaş qrupu üzrə şəxsi yarışlarda qızlardan Arzu Aslanova, Mərziyyə Nurmətova, Mehriban Dadaşova, oğlanlardan isə Emin Məmmədov, Adil Əhmədzadə, Hüseyn Eylazov ilk üç yerdə qərarlaşıblar.
Azərbaycan kuboku turnirində 24 komandanın heyətində 100-ə yaxın idmançı mübarizə aparıb.

29028 oxunub

InvestAZ