XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Qurban Qurbanov: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”
İdman 12:35 / 04.10.2019

İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu
münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləri təbrik edirəm.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis ilk hissədə baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: "Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ”ın məşqçisiyəm. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik”.
Q.Qurbanov bildirib ki, erməni təxribatından sonra meydanı tərk etsəydilər, komandaya problem ola bilərdi: "Biz qorxaq deyilik, meydandan qaçmarıq. Uduzsaydıq belə, meydana qayıdacaq və mübarizə aparacaqdıq. Bir azərbaycanlı olaraq, qaçmağı özümüzə yaraşdırmıram”.
Baş məşqçi klub rəhbərliyinin UEFA-ya müraciət edəcəklərini bildirib: "UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.
Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini də əlavə edib.
Q.Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşacaqlarını vurğulayıb: "İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti "Sevilya”dır. Qalan 3 komanda isə onaltıdabir finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.

23510 oxunub

InvestAZ