XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Komandamız İsveçrədə birinci oldu
İdman 15:39 / 06.08.2019


"Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə basketbol 3x3 üzrə dünya turunda uğurla çıxış edib.
Basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışacaqlar. "Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular yer alıblar.
Artıq "Zirvə-Astara” ilk böyük qələbəsini qazanıb. İsveçrənin Sürix şəhərində keçirilən "Atupri 3×3 Swiss Tour Final Zurich” yarışına qatılan komandamız möhtəşəm oyun nümayiş etdirib. Onlar 6 görüşün hamısında qalib gələrək çempion adına layiq görülüblər.
"Zirvə-Astara” komandası "Giannis”i 13:12, "Fulda Basket”i 18:16 hesabı ilə məğlub edərək F qrupunda birinci olub. Pley-off mərhələsində əvvəlcə "Endgame”ni 20:12, sonra "Noname”ni 15:6, ardınca "Yakitori”ni 18:13 hesabı ilə məğlubiyyətə uğradan basketbolçularımız finalda "Fulda Basket”i yenidən 18:15 məğlubiyyətə uğradaraq bu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla yanaşı, oyunçumuz Anar Hacıyev üçlük yarışmasında qalib olub.

27059 oxunub

InvestAZ