XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Mehri Əbdürrəhmanlı: "MDB Oyunlarında iştirak etmək böyük təcrübədir"
İdman 11:33 / 28.09.2025

"MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm".

Bu sözləri III MDB Oyunlarının Gəncədə təşkil edilən üzgüçülük yarışında bürünc medal qazanan Azərbaycan təmsilçisi Mehri Əbdürrəhmanlı deyib.

100 metr məsafəyə "butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olan idmançı gələcək yarışlarda da uğurlu nəticə qazanmaq istədiyini bildirib: "MDB Oyunlarında iştirak etmək böyük təcrübədir. Atam Rəşad Əbdürrəhmanlı da mənə dəstək oldu. Mükafatları verənlərdən biri də o idi. Ona təşəkkür edirəm".

Qeyd edək ki, digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.


9925 oxunub

InvestAZ