XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Misli Premyer Liqası: "Şamaxı" - "Səbail" oyununda qalib müəyyənləşmədi 
İdman 22:18 / 03.05.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII turun oyunları keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda baş tutub. Baş hakim Elçin Məsiyevin idarə etdiyi oyunda "Şamaxı” və "Səbail” komandaları üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində 33-cü dəqiqədə Alfons Msanqa fərqlənib. Qonaqların bərabərlik qolunun müəllifi isə 67-ci dəqiqədə rəqib qapısına yol tapan, Rüfət Abdullazadə olub.
Bu nəticə ilə "Şamaxı” 36 xalla 6-cı, "Səbail” isə 22 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.


3357 oxunub

InvestAZ