XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Rəşad Rəsullu: "Azərbaycan cüdosu dünyada öz uğurlu nəticələri ilə tanınır"
İdman 18:24 / 03.05.2025

"Beynəlxalq qurumlar bizim təşkilatçılıq bacarığımızı hər zaman yüksək dəyərləndirib". 

Bu sözləri Quba Olimpiya Kompleksində keçirilən cüdo üzrə Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.  
ACF rəsmisi qeyd edib ki, ölkəmiz daim mötəbər yarışlara uğurla ev sahibliyi etməklə böyük nüfuz qazanıb. 
"Bildiyiniz kimi Azərbaycan cüdosu dünyada öz uğurlu nəticələri ilə tanınır. Ölkəmiz cüdo üzrə böyük yarışlara ev sahibliyi edib. Paytaxtda "Böyük Dəbilqə" yarışı təşkil olunub. Gələn il dünya çempionatı ölkəmizdə keçiriləcək. Yeniyetmələr arasında dünya kuboku da uğurla təşkil olunub. Burada çıxış edən idmançılarımız gələcəkdə milli komandamızın heyətində daha böyük uğurları ilə diqqət çəkəcəklər. Biz buna çox inanırıq", - deyə ACF-in icraçı direktoru bildirib.
Qeyd edək ki, iki gün davam edəcək Avropa Kuboku turnirində ölkəmiz 141 cüdoçu ilə təmsil olunur.  


14961 oxunub

InvestAZ