XƏBƏR LENTİ
03 May 2025
02 May 2025
01 May 2025



"Əl-Hilal" rəhbərliyi güzəştə getmədi
İdman 18:53 / 02.05.2025
Portuqaliyalı mütəxəssis Xorxe Xesus Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi postundan kənarlaşdırılıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, Asiya Çempionlar Liqasında uğursuz çıxışdan sonra kulub rəhbərliyi 70 yaşlı mütəxəssislə yollarını ayırıb. Belə ki, turnirin yarımfinalında "Əl-Hilal” "Əl-Əhli”yə 1:3 hesabı ilə uduzaraq, mübarizədən kənarda qalıb. 
Qeyd edək ki, Xorxe Xesus rəhbərliyi altında komanda ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu və Kral Kubokunun qalibi olub. Ölkə çempionatının cari mövsümündə "Əl-Hilal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
327 oxunub

InvestAZ