XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Güləşçilər üçün seminar keçirilib
İdman 17:05 / 02.05.2025

Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminarı keçirib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən  məlumat verilib. "Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda keçirilən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb. Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.

Qeyd edək ki, AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.


5796 oxunub

InvestAZ