XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Konfrans Liqasında yarımfinalın ilk oyunları başa çatdı
İdman 02:06 / 02.05.2025
Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları yekunlaşıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, Londonun "Çelsi" klubu İsveçdə "Dyürqarden"in qonağı olub. Oyun "zadəganlar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb -1:4. Londona sərfəli nəticə ilə qayıdan İngiltərə təmsilçisi cütün taleyinə demək olar ki, aydınlıq gətirib. 
Gecənin digər oyununda "Real Betis" (İspaniya) doğma meydanda "Fiorentina"nı (İtaliya) qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. 
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 8-də təşkil olunacaq. 


3456 oxunub

InvestAZ