XƏBƏR LENTİ
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Avropa Liqası: İngiltərə təmsilçiləri finalının bir addımlığında
İdman 01:45 / 02.05.2025
Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. 
Olimpiyadunyasi.com xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu səfərdə İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb. Oyun "qırmızı şeytanlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərə təmsilçisinin qollarını Kazemiro (30 dəqiqə) və Bruno Fernandeş (37, 45) vurub. Bilbao təmsilçisinin heyətində Vivian matçın 35-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bask səfərindən böyükhesablı qələbə ilə qayıdan İngiltərə təmsilçisi finala vəsiqə uğurunda böyük addım atıb. 
Gecənin digər oyununda "Tottenhem" klubu doğma meydanda Norveçin "Budyo Qlimit"i qəbul edib. Oyun İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Londonluların heyətində Conson (1-ci dəqiqə) Meddison (34) və penaltidən Sonake (61) vurub. Norveçlilərin yeganə qolunun müəllifi isə 83-cü dəqiqədə fərqlənən Saltnes olub. 
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 8-də təşkil olunacaq. 

3067 oxunub

InvestAZ