XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



UFC gürcüstanlı döyüşçünü siyahıdan sildi
İdman 17:47 / 29.04.2025

UFC döyüş promouşunu siyahısında yenidən təmizləmə prosesi aparıb. Siyahıdan çıxarılan döyüşçülər arasında yüngül çəkidə çıxış edən gürcüstanlı Quram Kutateladze də var.

33 yaşlı gürcüstanlı idmançı 2010-cu ildə peşəkar döyüşlərə başlayıb. 2020-ci ildən UFC bayrağı altında yarışlarda iştirak edib.

Dörd il yarım ərzində Kutateladze beş döyüş keçirib. İki görüşdə qalib gələn döyüşçü üç dəfə məğlubiyyətlə üzləşib. Mart ayında UFC Fight Night 255 turnirində o, yekdil qərarla braziliyalı Kaue Fernandesə uduzub. Ümumilikdə, Kutateladzenin MMA-da 13 qələbəsi və beş məğlubiyyəti var. İdmançının hansı səbəbdən siyahıdan silinməsi hələ də açıqlanmayıb.


3324 oxunub

InvestAZ