XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Basketbol Liqasında yarımfinalın növbəti oyunları keçiriləcək
İdman 11:44 / 29.04.2025
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək. Gərgin idman mübarizəsinin davamı kimi, basketbol həvəskarları növbəti iki qarşılaşmanın şahidi olacaqlar.
Günün ilk oyunu Şəkidə baş tutacaq. Yerli "Şəki” klubu doğma azarkeşlər qarşısında "Sabah”la üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlanacaq. Xatırladaq ki, bu komandaların ilk oyununda "Sabah" qələbəyə sevinmişdi -86:73.
Axşam saatlarında isə "Neftçi” və "Abşeron” komandaları arasında seriyanın ikinci qarşılaşması oynanılacaq. Saat 19:00-da start götürəcək görüşdə qalib tərəf finala bir addım da yaxınlaşacaq. Seriyanın ilk oyununda "Neftçi" rəqib üzərində 97:93 hesablı qələbə qazanmışdı.

3458 oxunub

InvestAZ